Aleksandar Vuçiç Ceyhun Bayramovu qəbul edib - YENİLƏNİB 2
XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.
Ölkəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
***
16:06
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Məlumata görə, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, əlaqə, humanitar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə edilib.
Ceyhun Bayramov regionda münaqişədən sonrakı bərpa və sülh səyləri ilə bağlı son yeniliklər barədə məlumat verib.
***
15:49
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Serbiya Prezidentinin "X" hesabında paylaşım edilib.