23 Dekabr 2024, 19:10
Ceyhun Bayramov Serbiya Parlamentinin sədri ilə görüşüb - YENİLƏNİB
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.
Ceyhun Bayramov Serbiya Parlamentinin sədri ilə görüşüb - YENİLƏNİB şəkil
Ceyhun Bayramov Serbiya Parlamentinin sədri ilə görüşüb - YENİLƏNİB

XİN-dən "Operativ Media"a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Serbiya arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri və iki ölkə arasında parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib.

Görüşdə, qarşılıqlı hörmət, etimad, beynəlxalq hüquqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq, ikitərəfli əsasda, o cümlədən beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacib olduğu qeyd edilib. Bu xüsusda eyni zamanda, ölkələrimizin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işi təqdir olunub.

Azərbaycan tərəfinə, Serbiyanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi birmənalı dəstəyə görə təşəkkür edilib, Serbiyanın, ölkəmizlə qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafından məmnunluq duyduğu diqqətə çatdırılıb. Beynəlxalq təşkilatlarda, BMT-də və Avropa Şurasında qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.

Nazir Ceyhun Bayramov, bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə qarşı tərəfi məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması və digər istiqamətlərdə əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.

Serbiyanın Expo 2027 tədbirinə hazırlıq işlərində uğurlar arzulanıb, bu tədbirin Serbiyanın artan əhəmiyyətinin göstəricisi olduğu vurğulanıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

17:13

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfəri çərçivəsində Serbiya Parlamentinin sədri Ana Brnabiç ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan-Serbiya əməkdaşlığının parlamentlərarası platformalarda gücləndirilməsi üzrə birgə səyləri müzakirə edilib.

Bu baxımdan qarşılıqlı səfər və görüşlərin, eləcə də parlament dostluq qruplarının rolu vurğulanıb.

Son xəbərlər
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır