Menyu

Fərid Şəfiyev: Aİ-nin Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq

Nərmin Qocamanlı
Fərid Şəfiyev: Aİ-nin Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq

"Operativ Media" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının fəaliyyətinə toxunan mərkəz rəhbəri Kanadanın ona qoşulması ilə onun "Avropa İttifaqı Plus" formatına keçdiyini söyləyib:

"Sərhəd zonasında heç bir üçüncü dövlətin qüvvələri olmamalıdır. Hazırda Ermənistan-Azərbaycan sərhədindəki missiya "Avropa İttifaqı Plus" formatına çevrilib. Son dövrlər baş verən proseslər onu göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq. Ermənistan istəyir ki, həmin missiyanın fəaliyyətini uzatsın".

F. Şəfiyev əlavə edib ki, rəsmi İrəvan hazırkı mövqeyini davam etdirsə, 2025-ci ildə sülh müqaviləsinin imzalanması qeyri-real görünür.

Teqlər:

"F\u0259rid \u015e\u0259fiyev: A\u0130-nin Erm\u0259nistandak\u0131 missiyas\u0131 5-10 il m\u00fcdd\u0259tin\u0259 qalacaq"

Əlaqəli Xəbərlər