Menyu

Belçikada ilk dəfə meymun çiçəyi virusunun yeni variantı aşkar edilib

Əziz Əzizli
Belçikada ilk dəfə meymun çiçəyi virusunun yeni variantı aşkar edilib

"Operativ Media" xəbər verir ki, Belçikanın "Sciensano Sağlamlıq İnstitutu" tərəfindən verilən açıqlamaya görə, ölkənin fransızdilli Valon bölgəsində bir xəstədə ilk dəfə olaraq meymunçiçəyi virusunun yeni variantı aşkar edilib.

Açıqlamada bildirilib ki, xəstə Afrikada virus əlamətləri göstərən bir şəxs ilə cinsi əlaqədə olduqdan sonra yoluxub və diaqnoz qoyulmazdan əvvəl özünü təcrid edib.

Ölkə üzrə görülən tədbirlər nəticəsində virusun ümumi əhali üçün aşağı riskli olmağa davam etdiyi vurğulanıb. Belçikada aşkar edilən variantın əvvəlki variantlardan daha yoluxucu olduğu qeyd edilib.

Meymunçiçəyi virusu 14 avqust tarixində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "beynəlxalq əhəmiyyətə malik ictimai sağlamlıq fövqəladə vəziyyəti" olaraq elan edilmişdi.

Virus daha əvvəl Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində müşahidə edilmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər