Menyu

TƏBİB tabeli tibb müəssisələrinin siyahısında dəyişiklik edilib

TƏBİB tabeli tibb müəssisələrinin siyahısında dəyişiklik edilib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Siyahıda aşağıdakı dəyişikliklər edilib:

1. 3-cü hissə üzrə:

1.1. 3.8-ci bənddə “Azərsutikinti” Xəstəxanası” sözləri “Nizami Tibb Mərkəzi”

sözləri ilə əvəz edilsin;

1.2. 3.9-cu bənddə “Neyrocərrahlıq” sözü “Respublika Neyrocərrahiyyə” sözləri ilə

əvəz edilsin.

2. Aşağıdakı məzmunda 6.5-ci bənd əlavə edilsin:

“6.5. Yeni Klinika”.

3. 7-ci hissə üzrə:

3.1. 7.75-ci bənddə “6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” sözləri “Binəqədi Tibb

Mərkəzi” sözləri ilə əvəz edilsin;

3.2. 7.98-ci bənddə “2 nömrəli Şəhər Klinik Xəstəxanası” sözləri “Xətai Tibb

Mərkəzi” sözləri ilə əvəz edilsin;

3.3. 7.99-cu bənddə “3 nömrəli Şəhər Klinik Xəstəxanası” sözləri “Sabunçu Tibb

Mərkəzi” sözləri ilə əvəz edilsin;

3.4. 7.100-cü bənddə “5 nömrəli Şəhər Klinik Xəstəxanası” sözləri “Nərimanov

Tibb Mərkəzi” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 58.1-1-ci bənd əlavə edilsin:

“58.1-1. Siyəzən Rayon Mərkəzi Xəstəxanası”.

 

Əlaqəli Xəbərlər