25 Dekabr 2024, 18:50
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq
Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşları İl-76 təyyarəsi ilə Moskvaya aparılacaq.
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq şəkil
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq

"Operativ Media"  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı qərar Rusiya Prezidenti Vladimir Putinin göstərişi və fövqəladə hallar naziri Aleksandr Kurenkovun tapşırığı əsasında qəbul edilib.

"Rusiya FHN-in xüsusi təyyarəsi Moskvadan Aktauya uçub və Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının tibbi təxliyəsini həyata keçirəcək", - məlumatda qeyd olunub.

Nazirliyin məlumatına görə, xəsarət alanları Rusiya FHN-in "Tsentrospas" dəstəsinin həkimləri, Rusiya FHN-in Təcili Psixoloji Yardım Mərkəzinin psixoloqları və Rusiya Səhiyyə Nazirliyinin mütəxəssislər qrupu müşayiət edəcək.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.

Son xəbərlər
AZAL daha bir neçə istiqamət üzrə reysləri ləğv edib
PSJ xüsusi formasını təqdim edib
İsrail Qərbi İranın şəhərlərinə zərbələr endirib
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiyinə dair məlumatlar həqiqətə uyğun deyil - AÇIQLAMA
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb