Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Azərbaycana başsağlığı verib
Nərmin Qocamanlı
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomali “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
Məktubda Rüstəm Emomali qəzada çoxsaylı insan tələfatı barədə kədərli xəbərdən dərin hüzn keçirdiklərini bildirib, faciə ilə əlaqədar öz adından və Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisi adından Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib.
Teqlər:
"Tacikistan Ali M\u0259clisi Milli M\u0259clisinin s\u0259dri Az\u0259rbaycana ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib"