Menyu

Ziya Öztürkler Sahibə Qafarovaya təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

Nərmin Qocamanlı
Ziya Öztürkler Sahibə Qafarovaya təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib. O, "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

 

Teqlər:

"Ziya \u00d6zt\u00fcrkler Sahib\u0259 Qafarovaya t\u0259yyar\u0259 q\u0259zas\u0131 il\u0259 \u0259laq\u0259dar ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib"

Əlaqəli Xəbərlər