Menyu

MDB PA Şurasının katibliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Nərmin Qocamanlı
MDB PA Şurasının katibliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
1 dəq oxu

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, məktubda deyilir: “Azərbaycan təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı MDB Parlamentlərarası Assambleya Şurasının katibliyi adından dərin hüznlə başsağlığı veririk.

MDB PA-ya üzv ölkələrin parlamentlərinin səlahiyyətli nümayəndələrinin hamısı Azərbaycan xalqının kədərinə şərik olduqlarını, bu dəhşətli faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiklərini ifadə edirlər”.

Əlaqəli Xəbərlər