http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı tədbir keçirilib

26 Yanvar 2023 , 14:19
Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı tədbir keçirilib

26 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Çex Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Tədbirdə AR XİN-in rəhbər heyəti, Çex Respublikasının Azərbaycan Respublikasındakı səfiri və Səfirliyinin əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, Bakı Dövlət Universitetinin və Azərbaycan Slavyan Universitetinin rektorları və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev 30 il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, bu prosesdə yüksək səviyyəli siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Nazir müavini, yubiley münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktublarının mübadiləsini məmnunluqla qeyd edib. 

Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən nazir müavini iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə mədəniyyət, elm-təhsil və turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışıb.

İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran Fariz Rzayev, Azərbaycan və Çex Respublikası arasında yüksələn xətt üzrə inkişaf edən iqtisadi əlaqələrin olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Çex Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Milan Sedlacek 30-cu ildönümü qeyd olunan Azərbaycan-Çex Respublikası ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Növbəti ay Praqada Azərbaycan-Çex Respublikası hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini xatırladan Çex diplomat, Azərbaycanla yalnız iqtisadi əlaqələrə təkan verilməsinə deyil, eyni zamanda, mədəniyyət və turizm sahəsində də əməkdaşlığın daha da inkişafına çalışacağını bildirib. Azərbaycanın Milli Məclis sədrinin və xarici işlər nazirinin Çexiyaya dəvət olunduğu və bu səfərləri səbrsizliklə gözlədikləri vurğulanıb.

Azərbaycan və Çex Respublikası arasında tarixi nöqteyi-nəzərdən ortaq cəhətlərin çox olduğunu qeyd edən diplomat, xalqlarımız arasında dostluğun möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Çex Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu