Qazaxıstan Parlamentinin sədri Azərbaycana başsağlığı verib
Nərmin Qocamanlı
Milli Məclisin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
Parlament Məclisinin sədri, məktubda özünün və qazaxıstanlı deputatların adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların sağalmasını arzulayıb.
"Bu çətin günlərdə qardaş Azərbaycan xalqına səbir və dözüm arzulayıram", - deyə məktubda qeyd edilib.