Menyu

Monteneqro Parlamentinin sədri Azərbaycana başsağlığı verib

Nərmin Qocamanlı
Monteneqro Parlamentinin sədri Azərbaycana başsağlığı verib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, Monteneqro Parlamentinin sədri Andriya Mandiç "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: "Dünən baş verən və onlarla insanın həyatına son qoyan faciəvi təyyarə qəzası xəbərini dərin hüznlə aldıq. Bu çətin anlarda Monteneqro parlamenti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".

Bu böyük faciədən heyrətə gəldiyini deyən parlamentin sədri faciə zamanı xəsarət alanlara tezliklə şəfa diləyib.

Teqlər:

"Monteneqro Parlamentinin s\u0259dri Az\u0259rbaycana ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib"

Əlaqəli Xəbərlər