27 Dekabr 2024, 17:30
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Sahibə Qafarovaya zəng edib
Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Sahibə Qafarovaya zəng edib şəkil
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Sahibə Qafarovaya zəng edib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Respublika Şurasının sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğraması ilə əlaqədar özünün və Şuranın deputatları adından Milli Məclisin sədrinə, dost və qardaş Azərbaycan xalqına, qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmalarını arzulayıb.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

 

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib