28 Dekabr 2024, 07:26
“AZAL”ın təyyarəsinin qəzası ilə bağlı bir sıra ölkələrdəki nümayəndəliklərdə başsağlığı kitabları açılıb
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yetirə yetirən sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkəmizin Meksika Birləşmiş Ştatlarında, eləcə də Kolumbiya və Peru Respublikalarındakı Səfirliklərində başsağlığı kitabları açılıb, dövlət bayraqları endirilib.
“AZAL”ın təyyarəsinin qəzası ilə bağlı bir sıra ölkələrdəki nümayəndəliklərdə başsağlığı kitabları açılıb şəkil
“AZAL”ın təyyarəsinin qəzası ilə bağlı bir sıra ölkələrdəki nümayəndəliklərdə başsağlığı kitabları açılıb

Bu barədə "Operativ Media"ya Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.

Həmin ölkələrdəki diplomatik missiyalarının rəhbərləri və üzvləri, soydaşlarımız səfirliyə gələrək xatirə kitablarına ürək sözlərini yazıb, yaralılara şəfa diləyiblər. Həmçinin elektron poçtlarına müxtəlif dövlət qurumları və həmin ölkələrdə akkreditə olunmuş səfirliklər tərəfindən başsağlığı məktubları daxil olub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Son xəbərlər
Bakı metropolitenində pik saat intervalı azaldılıb
Sabah hava necə olacaq?
“Araz-2025” birgə təlimi uğurla başa çatıb - VİDEO
22 May 2025, 12:22
Bakı metropolitenində pik saatlarda interval azaldılıb
Darvin Nunes İspaniya klubunda oynamaq istəyir
İsrail səfiri: Azərbaycan yəhudi icmasının müdafiəsinə sadiqdir
İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin olunub
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə