Menyu

Bakıda müalicəsi davam edən yaralılarının son durumu açıqlanıb, bir nəfər əməliyyat olunub

Bakıda müalicəsi davam edən yaralılarının son durumu açıqlanıb, bir nəfər əməliyyat olunub

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən 12 nəfərin (8 kişi, 3 qadın) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, yaralanan şəxslər TƏBİB-in tabeliyindəki Yeni Klinikaya hospitalizasiya olunub:

"Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib. Hazırda 12 nəfərin (8 kişi, 3 qadın) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Bir nəfərin (qadın) vəziyyəti orta ağır, daha bir nəfərin (kişi) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir".

Həmçinin bildirilib ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib.

Məlumata görə, üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (qadın) üzərində cərrahi əməliyyat uğurla icra olunub. Xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.

 

Teqlər:

"Bak\u0131da m\u00fcalic\u0259si davam ed\u0259n yaral\u0131lar\u0131n\u0131n son durumu a\u00e7\u0131qlan\u0131b bir n\u0259f\u0259r \u0259m\u0259liyyat olunub"

Əlaqəli Xəbərlər