Menyu

Putin və Tokayev arasında telefon danışığı olub

Əsəd Abbaslı
Putin və Tokayev arasında telefon danışığı olub

"Operativ Media" xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı dövlət başçıları dekabrın 25-də Aktau şəhəri yaxınlığında göyərtəsində Rusiya və Qazaxıstan vətəndaşlarının da olduğu Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı veriblər.

"Tərəflər ondan çıxış edirlər ki, baş verənlərin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerindən tapılan" qara qutu"ların oxunmasına Rusiya, Azərbaycan və Braziliyadan olan mütəxəssisləri cəlb edəcək. Qazaxıstan ərazisində aparılan bu iş obyektiv və şəffaf xarakter daşıyacaq.

İki ölkə liderlərinin həm Azərbaycan təyyarəsi ilə baş vermiş faciəvi insidentin bütün hallarının araşdırılması ilə bağlı məsələlər, həm də Rusiya-Qazaxıstan əməkdaşlığının gələcək inkişafı üçün müvafiq mövzular üzrə daimi təmasda olacağı açıqlanıb", deyə Kremlin məlumatında qeyd olunub.

Teqlər:

"Putin v\u0259 Tokayev aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"

Əlaqəli Xəbərlər