Menyu

Avstraliyada Aktaudakı təyyarə qəzasının qurbanları anılıb

Əziz Əzizli
Avstraliyada Aktaudakı təyyarə qəzasının qurbanları anılıb
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın İttifaqdakı səfirliyi mətbuat xidməti bildirib.

“Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı və bir qrup Azərbaycan icmasının üzvləri ilə birlikdə dekabrın 25-də baş vermiş Azərbaycan təyyarə qəzasının qurbanlarının xatirəsi səfirlikdə anılmışdır”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na məxsus Bakı – Qroznı aviareysini həyata keçirən “Embraer 190” təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Əlaqəli Xəbərlər