Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, on yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var:
"Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub".
Yardım artıq yola salınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net