Menyu

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib

Nərmin Qocamanlı
Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib

"Operativ Media" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib. 

Azərbaycanın bu məsələ ilə bağlı, sadəcə olaraq, tamaşaçı rolunda olmayacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz otuzillik işğalı, dağıntıları, Xocalı soyqırımını heç vaxt unutmayacağıq. “Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər”, - deyən Prezident əlavə edib ki, Ermənistan bizimlə heç bir sahədə rəqabət aparmaq iqtidarında deyil.

Teqlər:

"Prezident \u0130lham \u018fliyev Erm\u0259nistan r\u0259hb\u0259rliyin\u0259 x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər