http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Prezident “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib

27 Yanvar 2023 , 11:58
Prezident “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətti qəbul edib.

"Operativ Media"xəbər verir ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin böyük maraq doğurduğunu vurğulayan Brüs Flətt Bakıda gördükləri inkişaf proseslərinin dərin təəssürat hissi yaratdığını dedi. Qonaq “Brookfield Asset Management” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndiyini vurğuladı və bildirdi ki, rəhbərlik etdiyi şirkət peşəkar səviyyədə fəaliyyət göstərən ARDNF ilə əlaqələrindən qürur duyur. O, həmçinin Azərbaycanın əldə etdiyi uğurların ölkəmizin böyük nailiyyəti olduğunu vurğulayaraq təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə institutlarından biri olan “Brookfield Asset Management” şirkəti ilə uğurlu əməkdaşlığından məmnunluğunu bildirərək əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi. Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini vurğulayan dövlətimizin başçısı Fondun aktivlərinin hətta ən çətin dövrlərdə, o cümlədən pandemiya, maliyyə böhranları və neftin qiymətinin düşdüyü bir zamanda da artdığını qeyd etdi.

Görüşdə, həmçinin Azərbaycanın yaşıl enerji potensialı və ölkəmizin regionda enerji habına çevrilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan və əsas ofisi Kanadada yerləşən “Brookfield Asset Management” 1899-cu ildə təsis olunub və idarə etdiyi vəsaitlərin toplam dəyəri 750 milyard ABŞ dolları təşkil edir.

OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO

Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

XƏBƏR LENTİ
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
  • 20:42

    Hakan Fidan: Qəzzada qəbuledilməz vəziyyət həyəcan siqnalı olmalıdır
  • 20:15

    Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
  • 20:04

    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
  • 19:59

    ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizlə tranzit daşımaların artım dinamikasını müzakirə edib
  • 19:56

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 19:45

    Zelenski: Ukraynada bütün istilik elektrik stansiyaları və ən böyük su elektrik stansiyaları dağıdılıb
Menyu