Menyu

Gürcüstan parlamenti Fransanı yeni seçkilər keçirməyə çağırıb

Nərmin Qocamanlı
Gürcüstan parlamenti Fransanı yeni seçkilər keçirməyə çağırıb
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Şalva Papuaşvili "X"də bildirib.

“Mənim Fransanın daxili işlərinə qarışmaq fikrim yoxdur, amma nəzərə alsaq ki, fransızların 61%-i prezident Emmanuel Makronun istefasını dəstəkləyir və 50%-i Milli Assambleyanın buraxılmasını istəyir, siyasi böhranı həll etmək üçün yeni seçkilər yaxşı həll yolu ola bilər”, - o, qeyd edib.

Makron ötən gün bildirib ki, Rusiya son dövrlərdə öz qonşularına qarşı "daha aqressiv" davranır. O, bu halın nümunəsi kimi 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərini göstərib. Fransa prezidenti qeyd edib ki, Rusiya seçki prosesini sabitsizləşdirməyə cəhd edib.

Əlaqəli Xəbərlər