07 Yanvar 2025, 13:23
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevə başsağlığı verib
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlı məktubu ünvanlayıb.
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevə başsağlığı verib şəkil
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevə başsağlığı verib

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, Azərbaycan xalqına, o cümlədən bu hadisə nəticəsində faciəvi şəkildə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Beynəlxalq Avtomobil Federasiyasının bütün ictimaiyyəti belə bir çətin zamanda xalqınızla birgə bu kədəri bölüşür. Bu faciənin gətirdiyi ağrı-acı və itki ilə üzləşdiyiniz vaxtda düşüncələrimiz Sizinlə və hadisə nəticəsində zərər görən insanlarladır.

Bu cür anlarda sözlər bəzən acizdir, lakin ümidvaram ki, beynəlxalq ictimaiyyətin həmrəyliyi müəyyən qədər təsəlli verir. Belə çətinliklər qarşısında Azərbaycan xalqının cəsarətli və dözümlü olması hamımızı ruhlandırır.

Şəxsən öz adımdan və Beynəlxalq Avtomobil Federasiyası ailəsi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirəm. Qəlbimiz həlak olanların ailələrinin və Azərbaycanda, onun hüdudlarından kənarda bu kədərli anları yaşayan hər bir kəsin yanındadır. Əminik ki, həyatını itirənlərin xatirəsi qəlblərdə əbədi yaşayacaqdır".

Son xəbərlər
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Müəllimlərin sertifikasiya imtahanı nə vaxt keçiriləcək?