Şavkat Mirziyoyev İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlığı verib
"Operativ Media" xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Hava Yolları” aviaşirkətinin mülki təyyarəsinin Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olanların ailələrinin kədərini bölüşür və onlara dəstəyimi ifadə edir, həmçinin bütün yaralananların tezliklə sağalmalarını arzulayıram".