Menyu

Qırğızıstan, Özbəkistan və Tacikistanın baş nazirləri sərhəd məsələsi ilə bağlı görüş keçirəcək

Nərmin Qocamanlı
Qırğızıstan, Özbəkistan və Tacikistanın baş nazirləri sərhəd məsələsi ilə bağlı görüş keçirəcək
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Qırğız Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Adılbek Kasıməliyev bu il yanvarın 8-də Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və Tacikistan Respublikasının Baş naziri Kohir Rəsulzoda ilə görüşəcək. Üçtərəfli görüş Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət sərhədlərinin qovşağında keçiriləcək”, - məlumatda deyilir.

Görüş zamanı Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri arasında dövlət sərhədləri məsələlərinə dair əvvəllər əldə edilmiş razılaşmalarla bağlı danışıqlar aparılacaq.

 

Əlaqəli Xəbərlər