Menyu

Azərbaycan Prezidenti Çin Sədrinə başsağlığı verib

Azərbaycan Prezidenti Çin Sədrinə başsağlığı verib
1 dəq oxu

"Operativ Media"nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Əlaqəli Xəbərlər