Azərbaycan Prezidenti: Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
İkinci Dünya müharibəsindən sonra yaranmış sistemin artıq öz potensialını itirdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. “Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net