Menyu

Misir Prezidenti Azərbaycana gəlib

Nərmin Qocamanlı
Misir Prezidenti Azərbaycana gəlib
1 dəq oxu

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Media"nın xəbərinə görə, Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Əlaqəli Xəbərlər