Prezident Ermənistanın Azərbaycanın dini abidələrini təhqir etdiyini İran TŞ katibinin diqqətinə çatdırıb
"Operativ Media" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Əli Əkbər Əhmədianı qəbul edərkən ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.