http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Fikrət Əliyev: İran hücumun olacağını bilə-bilə lazımi addımlar atmayıb

27 Yanvar 2023 , 15:53
Fikrət Əliyev: İran hücumun olacağını bilə-bilə lazımi addımlar atmayıb

Məlum olduğu kimi, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin bir əməkdaşı şəhid olub, 2 nəfər isə yaralanıb.

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev İranla bağlı son olanları "Operativ Media"ya şərh edib: 

"Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum birmənalı olaraq terror aktı kimi qiymətləndirilməlidir. İran hökumət öz üzərinə düşən təhlükəsizlik öhdəliklərini bilərəkdən yerinə yetirmədiyi üçün bu hadisə baş verib. Nə üçün bilərəkdən deyirik? Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir. Deməli, İran hücumun olacağını bilə-bilə lazımi addımlar atmayıb və burada birbaşa məsuliyyət daşıyır. 

Ümumiyyətlə, İranda diplomatik nümayəndəliklərə hücumlar birinci dəfə deyil baş verir. Bu ölkə dünyada özünü terror yuvası kimi sübut edib. İran terrora dəstək verən əsas ölkələrdən biridir, bu sahədə də təcrübəsi var. Bu səbəbdən indi İran XİN rəsmilərinin hadisə ilə bağlı açıqlamaları sadəcə yalandan ibarət kimi görünür. Biz onlara inana bilmirik. 

Bugünkü hadisə bir daha onu göstərdi ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. 
Görün İran nə qədər geridəqalmış, nə qədər “uşaq başı aldadan” açıqlamalar verib: Əvvəlcə mediada yaydılar ki, hadisəni erməni törədib. Amma çox keçmədən məlum oldu ki, hadisəni İran vətəndaşı törədib. Sonra dedilər, hadisə şəxsi motivdən yaranıb və qatil hücum edərkən yanında iki azyaşlı uşaq olub. Amma biz videolarda heç bir uşaq görmədik. İran tərəfinin açıqlamalarında bildirilirdi ki, qatili İran polisi dərhal zərərsizləşdirir. Amma biz görüntülərdə gördük ki, qatili Azərbaycan səfirliyinin əməkdaşı yalın əli ilə zərərsizləşdirir. Hətta onun bu cəsur hərəkətinə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Şir kimi döyüşdü” mesajını yazmışdı. 

Yalan açıqlamalar əlbəttə ki, İranın izi azdırmaq cəhdidir. Hadisəni törədən şəxsin  İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğu ehtimal olunur.
Yayılan videolardan açıq görünür ki, səfirliyin mühafizəçisi hücumun qarşısını almasaydı, terrorçu bütün səfirlik əməkdaşlarını qətlə yetirəcəkdi. O, buna hazırlaşmışdı, əks halda əlində “Kalaşnikov”la hücuma keçməzdi. 

Bu arada səfirliyə hücum zamanı binanın çöl təhlükəsizlik kameralarından görünür ki, qatil çöldə İran polisinə nəisə deyir. “Sən qarışma” kimi başa düşülən bu jestlərdən aydın olur ki, burada düşünülmüş bir plandan söhbət gedir. Hansı ki, birbaşa Azərbaycan səfirliyinin əməkdaşları hədəfə alınmışdı. Həmin anda İranlı polis heç bir operativ addımlar atmır. 

İranın Azərbaycan şəhidlərinin qanında əli var. Bu ölkə ikinci Qarabağ müharibəsi vaxtında Ermənistana kəşfiyyat materialları ötürürdü, Azərbaycan ordusunun irəliləməsinə mane olmaq üçün hər cür əmələ əl atırdı. İran torpaqlarımızın işğal dövründə sərhədlərimizdə heç bir təlim keçirmirdi, heç vaxt ərazilərimizin işğalına görə Ermənistana irad tutub bəyanat yaymırdı. Məscidlərimizdə donuz saxlanılanda İranın yadına İslam dini düşmürdü. Amma torpaqlarımız azad olunandan sonra əsl düşmənimizin də üzü görünməyə başladı. İran sərhədlərimizdə köhnə texnikaları ilə “hoqqa” verməyə başladı. Nəticəsi nə oldu? Kim qorxdu? Daha sonra Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xəttimizdir” tipli açıqlamalar verdilər. Bütün bunlar bir daha İranın bizə necə dırnaqarası dost və qonşu olduğunu bariz sübut edir.

Bu gün Tehranda səfirliyimizin binasında şəhid olmuş Orxan Əsgərovun ölümündə də birbaşa İran dövlətinin əli var. Evində Xameneinin şəklini saxlayan, İran müctehidlərinə sitayiş edən bəzi azərbaycanlılar gözünü dörd açmalıdır. İran dindən sadəcə məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edir. 
Bir daha bu gün qəhrəmancasına şəhid olan Orxan Əsgərovun ailəsinə başsağlığı verir, yaralılara şəfalar diləyirəm. Azərbaycan bu məsələdən də qalib ayrılacaq!".

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu