09 Yanvar 2025, 14:52
Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının tədbirində istirak edəcək
Asiya Parlament Assambleyasının tədbirində bəzi təşkilati məsələlərə baxılacaq
Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının tədbirində istirak edəcək şəkil
Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının tədbirində istirak edəcək

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün yanvarın 10-da İraq Respublikasının Bağdad şəhərinə səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. 

İclasda məhkəmə hakimiyyətinin gücləndirilməsi və qanunun aliliyi, dostluq və əməkdaşlıq vasitəsilə Asiyada tərəqqinin təmin edilməsi, demokratiya yolu ilə harmonik inkişaf və digər məsələlərə həsr olunmuş qətnamə layihələri müzakirə olunacaq, bəzi təşkilati məsələlərə baxılacaq.

Qeyd olunub ki, səfər yanvarın 13-də başa çatacaq.

 

Son xəbərlər
Neftçalada 18 min manatlıq naqil oğurlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı