Menyu

Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib - YENİLƏNİB

Əsəd Abbaslı
Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib - YENİLƏNİB

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropa İttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü ifadə edib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təmasların davam etdirilməsi razılaşdırılıb.

17:31

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Antonio Koşta öz "X" hesabında paylaşım edib.

O, AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.

Antonio Kosta bildirib ki, Avropa İttifaqı qəzanın obyektiv və şəffaf şəkildə araşdırılmasını dəstəkləyir.

"Həmçinin, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün yeni imkanları müzakirə etdik. Əməkdaşlığımızı daha da gücləndirmək məqsədilə yaxın zamanlarda Prezident Əliyevlə görüşməyi səbirsizliklə gözləyirəm", - o, qeyd edib.

Nərmin Qocamanlı

Teqlər:

"Avropa \u0130ttifaq\u0131 \u015euras\u0131n\u0131n Prezidenti \u0130lham \u018fliyev\u0259 z\u0259ng edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər