10 Yanvar 2025, 06:57
Donald Tramp: Putin mənimlə görüşmək istəyir
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində respublikaçı qubernatorlarla görüşdən sonra mətbuata qısa açıqlama verib.
Donald Tramp: Putin mənimlə görüşmək istəyir şəkil
Donald Tramp: Putin mənimlə görüşmək istəyir

"Operativ Media" xəbər verir ki, Tramp açıqlamasında Rusiya-Ukrayna müharibəsinə toxunub və Rusiya prezidenti Vladimir Putinin onunla görüşmək istədiyini bildirib.

"O (Putin) mənimlə görüşmək istəyir. Bu görüşü biz təşkil edirik. Prezident Putin görüşmək istəyir, o, bunu açıq şəkildə bildirdi. Biz bu müharibəni bitirməliyik, bu, çox qanlı müharibədir" deyə Tramp bildirib. Lakin sözügedən görüşün nə vaxt keçiriləcəyi ilə bağlı təfərrüata varmayıb.

Tramp əvvəlki açıqlamalarında prezidentliyə başladıqdan sonra Rusiya-Ukrayna müharibəsini ən qısa zamanda bitirmək istədiyini və bu məqsədlə Putinlə görüşməyə hazır olduğunu bildirmişdi.

Son xəbərlər
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq