Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkliff Azərbaycan səfirliyinə edilən silahlı hücumu qınayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Saymon Şerkliff tviterdə paylaşım edib.
"İrandakı Böyük Britaniya səfirliyi adından Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarına, xüsusilə də həlak olan şəxsin ailəsinə və birbaşa zərərçəkənlərə dərin hüznlə başsağlığı verirəm", - diplomat bildirib.