Menyu

Məhkəmə Trampla bağlı qərar verib

Əsəd Abbaslı
Məhkəmə Trampla bağlı qərar verib

Nyu-York məhkəməsində ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa hökm oxunub.

"Operativ Media" xəbər verir ki, hakim Xuan Merçan Trampla bağlı şərtsiz azad etmə qərarı çıxarıb.

Hökmə əsasən Tramp təqsirli olaraq qalacaq, lakin o nə həbs, nə də cərimə olunacaq. Tramp məhkəməyə virtual olaraq qatılıb.

Qeyd edək ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.

Teqlər:

"M\u0259hk\u0259m\u0259 Trampla ba\u011fl\u0131 q\u0259rar verib"

Əlaqəli Xəbərlər