27 Yanvar 2023, 19:25
Ceyhun Bayramov və Baxtiyor Saidov arasında telefon danışığı olub
Ceyhun Bayramov və Baxtiyor Saidov arasında telefon danışığı olub şəkil
Ceyhun Bayramov və Baxtiyor Saidov arasında telefon danışığı olub

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Özbəkistan naziri baş vermiş bu aktı qəti şəkildə pisləyib, hücum nəticəsində həyatını itirmiş mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına baş sağlığı diləklərini çatdırıb və Azərbaycan tərəfi ilə həmrəyliyini bildirib.

Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına öz minnətdarlığını bildirib, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün Azərbaycan tərəfinin bütün mümkün vasitələrdən istifadə edəcəyini qeyd edib.

Son xəbərlər
Ukrayna Antiterror Mərkəzinin rəhbəri saxlanılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb
UEFA Azərbaycan klublarına ödəniş etdi
Bakıda bəzi yollarda sıxlıq var
Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi