12 Yanvar 2025, 20:09
Tramp və Putinin görüşü üçün hazırlıqlara başlanılıb
Donald Tramp və Vladimir Putin arasında görüşün keçirilməsi üçün hazırlıqlar aparılır.
Tramp və Putinin görüşü üçün hazırlıqlara başlanılıb şəkil
Tramp və Putinin görüşü üçün hazırlıqlara başlanılıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi üçün hazırlıqlar aparılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts ABC telekanalına məlumat verib.

“Hazırlıqlar gedir,” - deyə Uolts bildirib və yaxın günlərdə liderlər arasında telefon danışığının baş tuta biləcəyini əlavə edib.

Jurnalistin Tramp, Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüş və onun formatı ilə bağlı sualını cavablandıran Uolts deyib: “Hələ dəqiq formatı müəyyən etməmişik. Lakin yaxın günlərdə və ya həftələrdə telefon danışığı olmasını gözləyirik. Bu, atacağımız ilk addım olacaq və sonra planlarımızı davam etdirəcəyik.”

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb