13 Yanvar 2025, 18:55
Syerra-Leone Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib
Culius Maada Bio Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Syerra-Leone Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib şəkil
Syerra-Leone Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

"2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.

Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər
Aİ 28 rusiyalı hakim və prokurora qarşı sanksiya tətbiq edib
Tokayev Macarıstana səfərə gəlib
Prezident İlham Əliyevin Macarıstan səfəri: Yeni iqtisadi və diplomatik hədəflər - RƏY
308 tələbəyə “Adlı təqaüd” təqdim edilib
Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Şamaxıda 10 kq qızılı talayıb bataqlıqda gizlənən şəxslər tutulub
20 May 2025, 17:17
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir