Menyu

Almaniya Ukraynaya qabaqcıl haubitsaların çatdırılmasına başladı

Əziz Əzizli
Almaniya Ukraynaya qabaqcıl haubitsaların çatdırılmasına başladı

Müdafiə naziri Boris Pistorius Almaniyanın Kassel şəhərində keçirilən təhvil mərasimində Ukraynanın yeni uzaqdan idarə olunan RCH 155 tipli haubitsaları almağa başladığını bildirib.

"Operativ Media" xəbər verir ki, o, Ukraynanın Almaniyaya etibar edə biləcəyini deyib.

"Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsinin dördüncü ilinə girmək üzrə olduğu üçün biz bu gün çox güclü mesaj veririk. Mesajımız ondan ibarətdir ki, Ukrayna bizə etibar edə bilər. Almaniya Avropada üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır".

Almaniyalı nazir  bu yaxınlarda 420-dən çox ukraynalı əsgərin Almaniyada təlim keçdiyini bəyan edib.

Ukraynanın Berlindəki səfiri Oleksii Makeyev də Ukraynanın təcili müdafiə ehtiyaclarını vurğulayaraq çatdırılma üçün təşəkkür edib.

Teqlər:

"Almaniya Ukraynaya qabaqc\u0131l haubitsalar\u0131n \u00e7atd\u0131r\u0131lmas\u0131na ba\u015flad\u0131"

Əlaqəli Xəbərlər