İranın XİN rəhbəri Azərbaycan səfirliyinə hücumla bağlı paylaşım edib
Nərmin Qocamanlı
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.
"Operativ Media" xəbər verir ki, paylaşımda deyilir:
"Xəstəxanada olarkən Azərbaycan səfirliyinin əməkdaşlarının müalicə prosesi ilə tanış oldum. Həmçinin həmkarım Ceyhun Bayramovla telefon danışığında prezident Rəisinin başsağlığı mesajını çatdırdım. İran insidentin ölçülərini aydınlaşdırmaq üçün əməkdaşlığa hazırdır. Bu faciəli hadisəyə görə qardaşımız və qonşumuzun hökumətinə və xalqına başsağlığı verirəm".
Teqlər:
"İranın XİN rəhbəri Azərbaycan səfirliyinə hücumla bağlı paylaşım edib"