Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Azərbaycan səfirliyinə hücumla bağlı tviterdə paylaşım edib.
"Operativ Media" xəbər verir ki, paylaşımda deyilir:
“Braziliya beynəlxalq hüququn işığında diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunmasının vacibliyini xatırladır. Onun Hökuməti Azərbaycan hökuməti və xalqı, habelə həlak olanların ailələri ilə həmrəy olduğunu bildirir”.