28 Yanvar 2023, 09:49
İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub şəkil
İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub

Məlum olduğu kimi, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində terror aktı törədilib. Nəticədə səfirliyin bir əməkdaşı şəhid olub, 2 nəfər isə yaralanıb.

"Operativ Media" xəbər verir ki, hadisə ilə bağlı sosial mediada çoxsaylı paylaşımlar nəticəsində #iranianterror #Tehran #Azerbaijan həştəqləri tviterin dünya trendində müvafiq olaraq 1, 3 və 4-cü yerə yüksəlib. 

Qeyd edək ki, sosial media fəalları hadisə baş verən andan ingilis dilində xarici media, beynəlxalq təşkilatları, XİN-ləri, dövlət rəsmilərini məlumatlandırmaq üçün geniş kampaniya təşkil etmişdir. 

Kampaniyada hadisənin mahiyyəti-terror aktı olması foto və videogörüntülərlə izahlı şəkildə hazırlanmış və geniş yayılmışdır. 

Sosial media seqmentində hadisə Azərbaycan, İran, Türkiyə, Ermənistan, Rusiya, Gürcüstan, İngiltərə, Fransa, Birləşmiş Ştatlarda və ən əsası dünya trendində olmuşdur.

Son xəbərlər
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Rusiyada zəlzələ baş verib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Böyük Dəbilqə": Azərbaycanın daha 9 cüdoçusu mübarizəyə qoşulur
Ucardakı ağır yol qəzasında yaralı sayı 22-ə çatıb - YENİLƏNİB 3
16 Fevral 2025, 13:18