16 Yanvar 2025, 10:09
"ATƏT-in Minsk Qrupunun de yure ləğvi zəruridir" - Deputat
"Azərbaycan, Minsk Qrupunun ləğvini sülh müqaviləsi imzalanmadan əvvəl baş verməsini tələb edir".
"ATƏT-in Minsk Qrupunun de yure ləğvi zəruridir" - Deputat şəkil
"ATƏT-in Minsk Qrupunun de yure ləğvi zəruridir" - Deputat

"ATƏT-in Minsk Qrupunun və həmsədrlik institutunun de yure ləğvi zəruridir".

"Operativ Media" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.

Deputat bildirib ki, Prezident İlham Əliyev bu məsələləri müxtəlif siyasi-diplomatik müstəvilərdə dəfələrlə gündəmə gətirib. O, ATƏT-in Minsk Qrupunun ləğvini qəti şəkildə tələb edir.

Rizvan Nəbiyevin sözlərinə görə, Ermənistan, son vaxtlar Minsk Qrupunun ləğvini prinsipial olaraq müsbət tonla dəstəkləsə də, bəzi ziddiyyətlər mövcuddur. Ermənistanın Baş naziri Nikol Paşinyan Minsk Qrupunun ləğvini "konstruktiv yanaşma" kimi dəyərləndirib, amma erməni spikerin açıqlamaları Azərbaycanın mövqeyinə ziddir. . Belə ki, erməni spiker Minsk Qrupunun ləğvini sülh sazişi imzalanmasından sonra baş verə biləcəyini qeyd edərək, sülh sazişi imzalanandan sonra ona ehtiyac qalmayacağını və mənasını itirəcəyini bildirib.

"Azərbaycan haqqlı olaraq Minsk Qrupunun ləğvini sülh müqaviləsinin imzalanmasından əvvəl baş verməsini tələb edir. Bu, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadı artırar və digər məsələlər üçün zəmin yarada bilər", - R. Nəbiyev qeyd edib.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb