17 Yanvar 2025, 06:48
Bayden: Putin NATO-nu parçalaya bilmədi
ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumda böyük ərazi uğurları əldə edə və NATO-nu parçalaya bilməyib.
Bayden: Putin NATO-nu parçalaya bilmədi şəkil
Bayden: Putin NATO-nu parçalaya bilmədi

Co Bayden Virciniyadakı Myer Hernderson bazasında Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən onun üçün təşkil edilən hərbi vida mərasimində iştirak edib.

"Operativ Media" xəbər verir ki, buradakı çıxışında Bayden Əfqanıstandan Ukraynaya və Yaxın Şərqə kimi dünyanın müxtəlif yerlərində xidmət edən əsgərlərə təşəkkür edərək, ABŞ ordusunun “dünya tarixinin ən böyük döyüş qüvvəsi” olduğunu müdafiə edib.

Bayden ABŞ ordusunun Əfqanıstandakı ən uzun müharibəsini başa vurduqdan sonra Rusiyanın Ukraynanı işğal etdiyini və İkinci Dünya Müharibəsindən sonra "Avropada ən böyük müharibə"ni başlatdığını iddia edib.

"İndi demək olar ki, üç ildən sonra Putin Kiyevi ələ keçirə, böyük ərazi uğurları qazana və NATO-nu dağıda bilmədi” deyən Bayden bu prosesdə Finlandiya və İsveçin də NATO-ya üzv olduğunu xatırladıb.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib