17 Yanvar 2025, 13:05
Braziliya dövlət başçısı Azərbaycan Prezidentinə başsağlığı verib
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Braziliya dövlət başçısı Azərbaycan Prezidentinə başsağlığı verib şəkil
Braziliya dövlət başçısı Azərbaycan Prezidentinə başsağlığı verib

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

"Operativ Media"nın məlumatına görə, mətndə deyilir:

"Cənab Prezident.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Həmçinin, qəza ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Son xəbərlər
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq