Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Telefon danışığı zamanı Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqına sədrliyinin nəticələrini, eləcə də Aİİ çərçivəsində atılacaq addımları müzakirə edilib.
Eyni zamanda Ermənistan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyinə aid məsələlər müzakirə olunub.