Menyu

Misir Lideri: "Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram"

Misir Lideri: "Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram"

“İlk növbədə, Azərbaycanda olmağımdan məmnunluğumu ifadə etmək istəyirəm. Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram”.

"Operativ Media" xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

“Biz keçən il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdik. Eyni zamanda, ölkənizin Sizin rəhbərliyinizlə qazandığı böyük uğurları xüsusi qeyd etmək istəyirəm. Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm”, - Misir dövlət başçısı qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər