Menyu

Çin lideri Trampla telefon danışığı aparıb - YENİLƏNİB

Əsəd Abbaslı
Çin lideri Trampla telefon danışığı aparıb - YENİLƏNİB

"Si Cinpin və mən dünyanı daha sülhsevər və təhlükəsiz etmək üçün mümkün olan hər şeyi edəcəyik".

"Operativ Media" xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" platformasındakı paylaşımında bildirib.

“Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışdım. Bu zəng həm Çin, həm də ABŞ üçün çox yaxşı oldu. Ümid edirəm ki, bir çox problemləri birlikdə və dərhal həll edəcəyik. Ticarət, Fentanyl, TikTok və bir çox başqa mövzuları balanslaşdırılmış şəkildə müzakirə etdik”, - Tramp paylaşımında qeyd edib.

17:38

Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andiçmə mərasimi keçiriləcək. Çin lideri andiçmə mərasimində iştirak etməyəcək. Onu müavini təmsil edəcək.

Teqlər:

"\u00c7in lideri Trampla telefon dan\u0131\u015f\u0131\u011f\u0131 apar\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər