18 Yanvar 2025, 11:49
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB şəkil
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

"Operativ Media" xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

10:44

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Son xəbərlər
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır
Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
İran prezidenti: ABŞ-ylə razılaşmaya ciddi yanaşırıq