21 Yanvar 2025, 17:07
Azərbaycan səfiri etimadnaməsini Cibuti Prezidentinə təqdim edib
Cibuti Prezidentinə dövlətimizin başçısının səmimi salamları çatdırılıb.
Azərbaycan səfiri etimadnaməsini Cibuti Prezidentinə təqdim edib şəkil
Azərbaycan səfiri etimadnaməsini Cibuti Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov etimadnaməsini Cibuti Respublikasının Prezidenti cənab İsmayıl Ömər Gillehə (Guelleh) təqdim edib.

Səfirlikdən "Operativ Media"ya verilən məlumata görə, Cibuti Prezidentinə dövlətimizin başçısının səmimi salamları çatdırılıb və Cibuti Prezidenti də öz səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Həmçinin, Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Məhəmməd Əli Yusuf, Dəniz Limanları və Azad Ticarət Zonaları Şurasının sədri (nazir) Əbubəkir Ömər Hədi, Milli Assambleyada (parlament) fəaliyyət göstərən Cibuti-Azərbaycan Dostluq Qrupunun sədri İlaya İsmayıl, habelə Cibutidə yerləşən və Şərqi Afrika regionunun 8 ölkəsini birləşdirən İnkişaf naminə Hökumətlərarası Şuranın (IGAD – Intergovernmental Authority on Development) icraçı katibi Vorkneh Gebeyehu ilə görüşlər keçirilib. 

Görüşlərdə ölkələrimizin yerləşdiyi regionlardakı vəziyyət, o cümlədən regionumuzda ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yaratdığı yeni reallıq, Ermənistanla normallaşma prosesinin gedişatı, Azərbaycan və Cibuti arasında həm beynəlxalq, həm də ikitərəfli müstəvilərdə, IGAD-in icraçı katibi ilə region ölkələri ilə əlaqələrin inkişafı üçün atılacaq praktiki addımlar və səfərlər mübadiləsi müzakirə olundu.
 

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb