Menyu

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza başsağlığı verib

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, Əli Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.

Teqlər:

"Ba\u015f nazir \u018fli \u018fs\u0259dov T\u00fcrkiy\u0259nin vitse-prezidenti Cevdet Y\u0131lmaza ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib"

Əlaqəli Xəbərlər